AZ

Dəməşqdə dərman anbarında çoxlu cəsəd tapıldı

Suriyanın paytaxtı Dəməşqin Seyyid Zeynəb bölgəsində bir dərman anbarında çoxlu cəsəd aşkar edilib.

KONKRET.az xəbər verir verir ki, Baas rejiminin devrilməsindən sonra Suriyada kütləvi məzarlıqlar və meyitlər tapılmaqda davam edir.

Aralarında uşaqların da olduğu 20-dən çox adama aid olduğu düşünülən cəsədlərin qalıqları Dəməşqin Seyyid Zeynəb bölgəsindəki bir anbarda aşkarlanıb.

Hadisə yerinə gələn Mülki Müdafiə qrupları araşdırmalara başlayıb. Cəsədlərin DNT analizi yolu ilə kimlərə aid olduğu müəyyən edilir.

KONKRET.az

Seçilən
0
13
konkret.az

10Mənbələr