AZ

Müasir dövrdə media savadlılığının artırılması günümüzün əsas tələbləri sırasındadır

Azad medianın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsi kimi  diqqətdədir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın müstəqillik tarixinin 1993-cü ildən bu günə qədərki dövrünün təhlili belə bir reallığı təsdiqləyir ki, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar prosesi mediada da geniş şəkildə özünün aydın ifadəsini tapır. Bütün dövrlər üçün aktuallığını qoruyan əsas hədəflərdən biri jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasıdır. Nəzərə alsaq ki, ictimai fikrin  formalaşmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür, bu halda onların ictimaiyyətin informasiya tələbatını hansı səviyyədə, daha dəqiq desək, informasiyaların dəqiqliyinin yoxlanılması şəraitində ödəmələri daha böyük önəm daşıyır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, ölkəmizdə “Media savadlılığı” Həftəsinin keçirilməsi də jurnalist peşəkarlığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Media savadlılığı özündə mühüm çağırışları ehtiva edir. Təbii ki, bu tələb jurnalistin əldə etdiyi informasiyanın dəqiqliyini araşdırmadan cəmiyyətə təqdim etməsinin mümkünsüzlüyünü ortaya qoyur. 

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev bütün çıxışlarında ölkəmizdə azad mətbuatın inkişafından bəhs edərkən daim informasiyanın dəqiqliyinin vacibliyini xüsusi vurğulayır. Səsləndirilən hər bir çağırış mətbuatın qarşısında mühüm vəzifələr qoymaqla yanaşı, qarşıdakı dövrdə hədəflərə yüksək səviyyədə nail olmaq üçün yol xəritəsidir.

Milli Məclisin deputatı diqqəti  “Media savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” konfransına yönəldərək qeyd edib ki, Medianın İnkişafı Agentliyinin yaradılması da dövlətimizin müasir çağırışları özündə əks etdirən islahatlar prosesinin tərkib hissəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizin reallıqları əsasında imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə,  qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranır. O da bildirilir ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda həyatın hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var. Həmin sənədə uyğun olaraq Medianın İnkişafı Agentliyinin yaradılması və son üç ildə həyata keçirdiyi layihələr, atdığı addımlar  azad medianın inkişafına, jurnalist peşəkarlığının artırılmasına böyük töhfələrdir.  Keçirilən “Media savadlılığı” mövzusunda konfrans da bunun bariz nümunəsidir.

 


Telegram kanalımız
Seçilən
4
6
yenisabah.az

8Mənbələr