Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son oyunu A qrupunda - "Abşeron" və "Sərhədçi" komandaları arasında baş tutub.
Görüş birincilərin 71:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Sabah"ı 71:66, "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" isə NTD-ni 95:77, "Gəncə" "Quba"nı 95:78, "Şəki" isə" "Ordu"nu 80:74 hesabı ilə üstələyib.
"Cebheinfo.az"