Suriyanın paytaxtı Dəməşqdə bir dərman anbarında 20-dən çox cəsəd tapılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cəsədlər Dəməşqin Seyyide Zeynep bölgəsində aşkar edilib.
Hadisə yerinə gələn Mülki Müdafiə qrupları araşdırmalara başlayıb.
Aralarında uşaqların da olduğu meyitlərə DNT testlərinin ediləcəyi bildirilir.