Dekabrın 18-də 90 yaşında əfsanəvi belçikalı velosipedçi Rik Van Looy vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
Yaşasaydı onun dekabrın 20-də 91 yaşı tamam olacaqdı. Van Looy velosiped tarixinin ən yaxşı bir günlük velosipedçilərindən biri hesab olunur. Ümumilikdə, o, karyerası ərzində səkkiz Abidə qazanıb (red – bir günlük ən nüfuzlu 5 yarış seriyası).
Bu il tarixdə ən azı bir günlük 5 ən nüfuzlu yarışın hər birində qalib gələn ilk velosipedçi olub. Ondan sonra bu nailiyyəti yalnız 2 həmyerlisi – Eddi Merkx və Rocer De Flamink təkrarlayıb.