AZ

"Əsəd Suriyanı tərk edərkən İsrailə hansı məlumatları ötürüb?" - "Hürriyet"

"Bəşər Əsədin son məqamda ölkə televiziyasında elan edilən çıxışının sədası...Moskvadan gəlib..."
 
Suriyanın sabiq prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan öncə üsyançıların hücumu səbəbindən öz ordusunun hərbi obyektlərinin yerləşməsi barədə məlumatları İsrailə ötürüb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət" qəzetinin icmalçısı Əbdülqədir Selvi məlumat verib.
 
"Mənim etimad etdiyim mənbə məlumat verib ki, Əsəd onun qaçışı zamanı zərbələr endirilməməsi zəmanətləri əvəzində silah anbarları, raket qurğuları və hərbi təyyarələrin yeri barədə sənədlər təqdim edib", - Selgi bəyan edib.
 
Bu zaman o əlavə edib ki, İsrail tərəfindən Suriyada həyata keçirilən dəqiq əməliyyatlardan bu nəticəyə gəlmək olar ki, bu məlumat həqiqətə uyğundur. 
 
Selvi həmçinin Əsədin Dəməşqdən qaçışını bir qədər istehzalı formada təsvir edib:
 
"Dekabrın 7-si, şənbə günü çox kritik gün olub. Son məqamda telekanallar məlumat verib ki, birazdan Əsəd televiziyada bəyanatla çıxış edəcək. Əsəd bəyanat verib, amma bu bəyanat...Moskvadan səsləndirilib", - icmalçı qeyd edib. 
 
O, həmçinin məlumat verib ki, Suriya diktatoru əvvəlcə İranda gizlənmək istəyib. Lakin Tehran bundan imtina edib. Əsəd həmçinin Birləşmiş Ərəb Əmirliklərinə müraciət edib, lakin orada da belə yükü daşımaq istəyən olmayıb. 
 
"Əsədin Moskvadan başqa seçimi qalmayıb. Rusiya Əsədi həvəssiz qəbul edib, - Selvi yazıb və yaxın gələcəkdə Suriyanın sabiq prezidentinin Rusiyanın Xmeymim hərbi bazasından qaçırılmasında İsrailin rolu haqqında yazacağını vəd edib.
phrase_var_article.chosen
19
moderator.az

1phrase_var_article.sources