AZ

Zelenski müharibədən sonra nə edəcək? - Özü AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa mətbuatına verdiyi müsahibədə müharibədən sonrakı planları haqqında danışıb.

 

Modern.az xəbər verir ki, "Le Persian" qəzetinin müxbiri ona müharibədən sonrakı planları haqqında sual verib.

 

Zelenski bildirib ki, sadə həyata qayıtmağı planlaşdırır.

 

"Mənim çoxlu planlarım var! Hər kəsin sülh dövründə etdiyi gündəlik şeyləri etmək istəyirəm. Valideynlərimi telefonda deyil, üz-üzə görmək, oğlumla futbol oynamaq, qızımla universitetdən danışmaq, həyat yoldaşımla birlikdə səyahətə çıxmaq," – deyə Zelenski qeyd edib.

 

O, həmçinin uzun müddətdir kinoya getmək fürsəti olmadığını vurğulayıb: "Sadəcə ailəmlə, mühafizə olmadan, popkornla kinoya getmək istəyirəm. Amma yəqin ki, yorğunluğum o qədər çox olacaq ki, seans zamanı yuxuya gedəcəm," – deyə o, zarafat edib.

Seçilən
15
12
modern.az

10Mənbələr