AZ

Suriya sonrası, Livan Türkiyənin ağuşundadır

Bakı. TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankara və Beyrutun “Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada birgə işləmək barədə razılığa gəldiyini” təsdiqləyib. Ərdoğan Livanın baş naziri Nəcib Miqati ilə birgə keçirdiyi mətbuat konfransında “İndi Suriyada yeni dövr başlayıb. Biz Suriyanın mühüm qonşuları kimi birlikdə işləməli olduğumuza razıyıq"-deyib.
İkitərəfli görüşə getməzdən əvvəl prezident Ərdoğan tərəfindən qəbul edilən Miqati ,şərəfinə paytaxt Ankaradakı prezident iqamətgahında rəsmi qəbul mərasimi keçirilib, ardınca nazirlər səviyyəsində geniş tərkibdə görüş olub, Livan və Türkiyə nazirlər ikitərəfli işgüzar görüşlər də keçiriblər.

Bu barədə TurkicWorld Arab.AZ-a istinadən xəbər verir.

Ərdoğan və Miqati birgə mətbuat konfransı keçirən Türkiyə prezidenti “Livan və Fələstinin bu ili İsrailin təhdidləri və hücumları ilə başa vurduğunu” qeyd edərək, “Livanın təhlükəsizliyini regionun təhlükəsizliyi və sabitliyindən ayıra bilmərik” deyib.

Hazırkı müvəqqəti baş nazir Nəcib Miqati siyasi manevrlərdə mahir olması, “dəstəyin haradan gəldiyini” bilməsi, heç bir partiya ilə “iç-icə” olmaması heç vaxt hakimiyyətdəki faktiki güc mərkəzlərindən uzaqlaşmaması ilə məşhurdur. O Livanda bir nömrəli siyasətçidir.

Ərdoğan Livan ilə əlaqələrdən danışıb və deyib ki, “İki ölkə arasında bir neçə əməkdaşlıq sazişi var və bu görüşdə əməkdaşlığın artırılması və Türkiyə-Livan əlaqələrinin dərinləşdirilməsi üçün atılacaq gələcək addımları müzakirə etdik və Livanda sabitliyi pozmaq məqsədi daşıyan hər cür cəhdə qarşı çıxacağıq. Biz Suriyada baş verənləri müzakirə etdik və təsdiq edirik ki, yeni mərhələ başlayıb və biz Suriyada sabitliyin zəruriliyi ilə razıyıq və bu regionda sabitlik deməkdir. Biz 13 il ərzində Suriyadakı qeyri-sabitlik vəziyyətindən əziyyət çəkdik, bölgə də bu məsələdən əziyyət çəkdi və Türkiyə qapılarını açıb suriyalıları qucaqladı,onlara ev sahibliyi etdi. Prioritetlərimizdən biri də Suriyada sabitliyə nail olmaq və növbəti mərhələdə onu normal vəziyyətə salmaqdır”
Ərdoğan Suriyanın suverenliyi və ərazi bütövlüyünü vurğulayaraq deyib: “Suriya torpaqlarının bölünməsinə icazə verməyəcəyik və bunu dünya qarşısında dəfələrlə vurğulamışıq və separatçı təşkilatların Suriyada özlərinə yer tapmasına imkan verməyəcəyik.
Livanın baş naziri Nəcib Miqati Ərdoğana xitabən deyib: “Livanın keçdiyi hər dönüş nöqtəsində siz bütün səviyyələrdə dəstək olacaqsınız. Zati-aliləri, ölkəmizə və xalqımıza qarşı Sizdə hiss etdiyimiz qardaşlıq ruhunu yüksək qiymətləndiririk”
Miqati sözlərinə belə davam edib: “Ölkəmiz İsrailin ona qarşı təcavüzü nəticəsində çox əziyyət çəkib və indi də əziyyət çəkir”

Seçilən
11
turkic.world

1Mənbələr