AZ

Mişustindən Azərbaycanla bağlı SƏRƏNCAM

Rusiya hökuməti Moskva və Bakı arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) üzrə tranzit yük daşımalarının birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi və “Şimal-Cənub” BND-nin qərb marşrutunun potensialının artırılmasıdır.

Rusiya və Azərbaycan öz ərazilərində tranzit daşımalar zamanı yüklərin sərbəst hərəkətini sənədin tələbləri və iki ölkənin qanunvericiliyi nəzərə alınmaqla təmin edəcəklər. Gömrük nəzarəti qaydaları həm qanunvericiliyə uyğun razılaşmaya, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.

Seçilən
1
2
publika.az

3Mənbələr