"Real"ın baş məşqçisi Karlo Ançelotti klubun tarixinə düşüb.
QOL.az xəbər verir ki, bu, Madrid təmsilçisinin Qitələrarası kuboku qazanmasından sonra baş verib.
Ançelotti Madrid klubunda ən çox titul qazanan məşqçi olub. İtaliyalı mütəxəssis "Real"da 15-ci mükafata sahib çıxıb. Ançelotti bu göstəricidə hesabında 14 titul olan Migel Munyosu arxada qoyub.
Qeyd edək ki, madridlirlər final matçında "Paçuka"ya 3:0 hesabı ilə qalib gəliblər.