İspaniyanın “Real” (Madrid) klubu Qitələrarası Kubokun sahibi olub. SİA xəbər verir ki, “Kral klubu” Qətərdə baş tutan həlledici görüşdə Meksikanın “Paçuka” kollektivini üstələyib – 3:0. Madridlilərin heyətində Kilian Mbappe (37), Rodriqo (53) və Vinisius Junior (84) fərqlənib. Qeyd edək ki, “Real” tarixində dördüncü Qitələrarası Kuboka sahib çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta