Rusiyanın Murmansk vilayəti yaxınlığında yük qatarı ilə toqquşmuş qatarın sərnişinlərindən biri də xəstəxanada dünyasını dəyişib və bununla da ölənlərin sayı ikiyə çatıb.
APA xəbər ki, bu haqda Murmansk vilayətinin qubernatoru Andrey Çibis öz “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib.
“Ən vacib məsələ bütün zərərçəkənlərə tibbi yardımın göstərilməsidir. Hazırda həkimlər bir neçə sərnişinin həyatı üçün mübarizə aparırlar. - deyə rayon rəhbəri bildirib.
Çibis qeyd edib ki, sərnişinlərin əsas hissəsi Sankt-Peterburqa qatarla yola salınıb.
***
01:37
Rusiyanın Murmansk vilayətinin Kandalakşa rayonunda yük və sərnişin qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb ki, onlardan da 5-i uşaqdır.
APA xəbər verir ki, bu haqda Murmansk qubernatorunun müavini və vilayətin səhiyyə naziri Dmitri Panıçev məlumat verib.
"Hazırda 27 nəfər xəsarət alıb ki, bunlardan 22-si böyük, 5-i isə uşaqdır. Təəssüf ki, xəsarət alanlardan birini xilas etmək mümkün olmadı. Təcili tibbi yardım briqadaları tərəfindən 17 nəfər rayon xəstəxanalarına yerləşdirilib.”, - deyə Panıçev bildirib.
***
22:49
Rusiyanın Murmansk şəhəri yaxınlığında qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.
APA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, Murmansk vilayətində qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb ki, onlardan da üçünün uşaq olduğu bildirilir.
***
18:44
Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
18:19
Rusiyada yük və sərnişin qatarları toqquşub.
APA Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dəmir yolunun Murmansk ərazisindən keçən hissəsində yerləşən “Knyajnaya” stansiyasında baş verib. Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb.
Qatarda 326 sərnişinin olduğu bildirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları gələrək, araşdırmalara başlayıblar. Hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir.