AMEA Coğrafiya İnstitununun şöbə müdiri Ənvər Əliyev bu il Azərbaycanda qışın çox sərt keçəcəyi proqnozu ilə çıxış edib. O, hesab edir ki, bu, son 30-40 ilin ən soyuq qışı ola bilər.
Publika.az xəbər verir ki, Teleqraf.com-a açıqlamasında Ənvər Əliyev deyib ki, bu qənaətə gəlməyinə bir neçə səbəb var:
“Köhnə iqlim göstəriciləri bizə onu deməyə əsas verir ki, bu qış sərt keçəcək. Azərbaycan ərazisində qışın çalarları məlumdur. Hələ ötən əsrin 70-ci illərinə qədər ölkəmizdə qış daha sərt keçirdi. 40-50 ildən bir belə sərt qış təkrarlanır.
Çoxillik göstəricilərə baxanda, məsələn, Xəzər dənizinin proqnozları da bunu deməyə əsas verir. Xəzərin 200 milyon yaşının 50-60 milyonunda dəniz formalaşıb. Dənizdə qalxma-enmələr daim təkrarlanıb. Yəni suyun səviyyəsi müəyyən illərdə qalxıb, müəyyən illərdə enib. Bəzən müəyyən hissəsi quruyub zolaq əmələ gətirib.
Siviliziyasının yaddaşında son iki əsrdə aparılan tədqiqatların nəticələri mənim dediklərimi təsdiqləyir.