İsrail ordusu Yəmən ərazisində "Ənsar Allah" hərəkatının husi üsyançılarının hərbi hədəflərinə hava zərbələri endirdiyini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr kəşfiyyat və dəniz qüvvələrinin göstərişi ilə Yəmənin qərb sahillərində və ərazisinin dərinliklərində husi terror rejiminə aid hərbi hədəflərə zərbələr endirib", - deyə bildirilib.