AZ

“Yəhudi ənənəsinə görə, türklər Toqarmanın nəslindən hesab olunur” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Çin dilində Xəzər heroqlifinin oxunuşu “kosa”dır” adlı veriliş efirə gedib.

Medianews.az xəbər verir ki, verilişdə tədqiqatçı Elxan Zal Qaraxan qədim türk tayfası olan xəzərlərin tarixi, onların Qərbi Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz ərazilərindəki sıx məskunlaşması barədə danışıb.

O qeyd edib ki, qədim türk tayfası olan xəzərlər çöl imperiyaları arasında ən uzunömürlü dövlət qurublar:

“Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub. Çin dilində Xəzər heroqlifinin oxunuşu “kosa”dır. Azərbaycanda “kosalar” nəsli xəzərlərdən gəlir. Midiya dövlətinin yaradıcısı xəzər tayfasından olan Arbakın adı Bibliyada qeyd edilən xəzər hökmdarıdır”.

Onun sözlərinə görə, Bisütun yazılarının üçüncü sütunu türk dilində yazılıb. Midiya, Əhəməni, Parfiya və Sasani dövlətlərinin baş vəzirləri həmişə xəzər mənşəli olub və Xəzərpet/Xəzərbəy adlanıb. Atropatenanı yaradan Atropat da Xəzərpet idi. Assur xronikasına əsasən, Assuriya dağıldıqdan sonra Azərbaycan adlı dövlət yaranıb. Xəzərlər Qərbi Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz ərazilərində sıx şəkildə məskunlaşıblar.

Elxan Zal Qaraxan əlavə edib ki, Buğa Kəbir adlı xəzər sərkərdəsi Babəkə qarşı döyüşüb və onun şərəfinə Zəngəzurdakı Buğakar ziyarətgahı tikilib. Babəkə qarşı döyüşən Buğakarın məzarı da Zəngəzurdadır.

Tədqiqatçı vurğulayıb ki, Xəzər xaqanlarının hamısı türklərin aşina boyundan olublar:

“Yəhudi ənənəsinə görə, türklər Toqarmanın nəslindən hesab olunur. Çingiz xan aşina boyundan olanların hamısının ölümünə fərman vermişdi. Xəzər qvardiyası isə həmişə xarəzmilərdən təşkil olunurdu”.

phrase_var_article.chosen
20
medianews.az

1phrase_var_article.sources