Ağstafada ev yanıb. Bu barədə 1news.az-a FHN-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 450 m² (hər mərtəbəsi 225 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsinin və pilləkən qəfəsinin yanar konstruksiyaları, 2-ci mərtəbədə 3 otağın tavanı və dam örtüyü 155 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.