AZ

Dincə qoyulmuş torpaqlara görə subsidiya- Azərbaycanda yeni təcrübə...

Image

Akif Nəsirli: “Dincə qoyulan torpaqlara görə fermerlərə subsidiyanın verilməsi təqdirəlayiq haldır”

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, dincə qoyulmuş torpaqlara görə subsidiya veriləcək. 

Belə ki, əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 (bir) il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya veriləcək. Qeyd edildiyi kimi, aqrar sahədə verilən subsidiyaların siyahısı genişləndirilib.

“Dincə qoyulan torpaqlar üçün veriləcək subsidiya fermerə tam şəkildə nağdlaşdırılaraq verilməlidir”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, dincə qoyulan torpaqlara görə fermerlərə subsidiyanın verilməsi təqdirəlayiq haldır. Bu qərar kəndlinin xeyrinə olacaq: "Əslində bu subsidiya deyil, kompensasiya adlandırılmalıdır. Həmin vəsait dincə qoyulan torpaqlara aqrotexniki qulluğu təmin etməli və kəndlinin ordan əldə ediləcək gəliri 1 il ərzində kompensasiya edilməlidir. Subsidiyanın həcmi müəyyənləşdirilməlidir. Yəqin ki, subsidiyanın verilmə mexanizmi də müəyyənləşdiriləcək. Məlumdur ki, aqrar sahəyə verilən subsidiyaların 75 faizi nağdlaşdırıla bilmir, yalnız 25 faiz əkin üçün nağdlaşdırılır. Hesab edirəm ki, yeni qayda dincə qoyulan torpaqlara şamil edilməyəcək. Məlumdur ki, torpaq dincə qoyulanda ona müəyyən xidmətlər göstərilir. Torpağa göstərilən aqrotexniki xidmətlərin içərisində müəyyən gübrələr verilməlidir. Dincə qoyulan torpaqlar üçün veriləcək subsidiya fermerə tam şəkildə nağdlaşdırılaraq verilməlidir. Belə olarsa, kənd təsərrüfatı sahəsi inkişaf edər".

Günel CƏLİLOVA





Seçilən
8
baki-xeber.com

1Mənbələr