Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Həsənov və Nurlan Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Ağayevə bəraət verilib, Samir Həsənov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hər iki şəxs zərərçəkmiş Rauf İsmayılova qarşı 425 min manatlıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov