AZ

Məşhur rusiyalı aparıcı və model Parisdə faciəli şəkildə həyatını itirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



34 yaşlı rusiyalı model və teleaparıcı Svetlana Savitskaya Fransanın paytaxtı Parisdə avtomobil qəzası zamanı faciəli şəkildə həyatını itirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "StarHit" nəşri məlumat verib.
Savitskaya təkcə "L'Officiel" və "Bazaar" jurnallarının modeli kimi deyil, həm də "RU.TV", "Friday!", "Europa Plus TV" və "JARA TV" kanallarında teleaparıcı kimi tanınırdı. O, həmçinin aralarında "Glamour" və "Vogue" da olan məşhur nəşrlərlə fəal əməkdaşlıq edirdi.
Aparıcının yaxın adamının sözlərinə görə, iki maşın bir-birinə doğru hərəkət edirmiş. Sürücülərdən biri baş-başa toqquşmadan yayınmağa çalışaraq, kəskin manevr edib və piyadanı vurub ki, bu piyada da model olub.
Savitskaya ilə vida mərasimi dekabrın 23-də Moskvanın Troyekurov qəbiristanlığında keçiriləcək.
Seçilən
5
2
oxu.az

3Mənbələr