AZ

Ötən illə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı faktlar azalıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilinmüvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrinqanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindənaşkar edilən faktların sayı 1209, narkotiklərin qanunsuz satışı iləbağlı faktların sayı 321, narkotiklərin satış məqsədi olmadanqanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 798,narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlıfaktların sayı 66, digər növ cinayət faktların sayı 24,qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 31 fakt, qanunsuzdövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 315 kq 383,968qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 1073 nəfərazalıb.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa vəNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrəDövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumatyayıb.

Qeyd edilib ki, bununla yanaşı, qrup halında olan cinayətlərinsayı 7 fakt artıb.

"2023-cü ilin 11 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrüərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotikvasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 362 kq 590,155 qr(72,2%), tiryəkin çəkisi 100 kq 304,898 qr (37,8%), həşişin çəkisi14 kq 607,199 qr (27,3%), kokainin çəkisi 750,831 qr (100%),psixotrop maddələrin çəkisi 202 kq 566,206 qr (49,7%)azalmışdır.

Təhlil göstərir ki, qeyd olunan xarici ölkə mənşəli narkotikvasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq və digər qanunsuzyollarla ölkəyə gətirilib", - deyə bildirilib.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr