AZ

Azərbaycanda klub rəhbərliyi narazıdı – Köklü islahatlar olacaq

Azərbaycan II liqasının iddialılarından “Şəfa” klubunda köklü islahatların aparılması gözlənilir.

İdmanxeber.az-ın məlumatına görə, komanda baş məşqçi Nadir Əliyevin işindən razı deyil və çox güman ki, onunla yanvarda yollar ayrılacaq.

Paytaxt klubunun rəhbərliyi qış fasiləsinə lider “Şahdağ Qusar”dan 5 xal geri getməyin səbəblərini araşdırır və ilin sonuna olan bu nəticələri uğursuz hesab edir. Bu baxımdan da gələn ay komandadan göndəriləcək futbolçular da artıq bəllidi.

Adlarını dəqiqləşdirə bilməsək də, təxminən 10-a yaxın futbolçu komandadan göndəriləcək.

“Şəfa” mövsümün ikinci yarısına daha da iddialı başlamaq istəyir. Klub daha təcrübəli futbolçularla güclənmək fikrindədi və bu yöndə transfer çalışmalarını davam etdirir.

Seçilən
26
idmanxeber.az

1Mənbələr