AZ

İsrail Yəmənə zərbələr endirib, doqquz nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Yəmən ərazisinə endirdiyi zərbələr nəticəsində azı doqquz nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Es-Salif şəhər limanına edilən hava hücumu zamanı yeddi nəfər öldürülüb. Daha iki nəfər Əl-Hodeyda əyalətinin Ras-İsa bölgəsindəki neft obyektinə edilən hava hücumları nəticəsində həlak olub.

Daha əvvəl eyni telekanal Sanada iki mərkəzi elektrik stansiyasının bombardman edildiyini bildirmişdi.

Öz növbəsində İsrail ordusu qiyamçılara məxsus obyektlərə, o cümlədən limanlara və Sanadakı enerji infrastrukturuna hava zərbələri endirdiyini təsdiqləyib.

Seçilən
2
5
korrespondent.az

7Mənbələr