Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Modern.az-ın məlumatına görə, spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə güllər düzərək xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb və bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.