Azərbaycanın üç idmançısı uzun müddətə diskvalifikasiya edilib

Redaksiya.az AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, pauerliftinqçi Rövşən Xəlilov və ağırlıqqaldıran Günel Vəliyeva 48, taekvondoçu Səidə Əliyeva isə 24 ay müddətinə idmandan kənarlaşdırılıblar.

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

Buna həmin idmançıların nümunələrində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin aşkarlanması səbəb olub.

R.Xəlilovun sanksiyasının müddəti 2025-ci il noyabrın 18-də başa çatacaq. G.Vəliyevanın cəzasının müddəti 2027-ci il sentyabrın 9-da, S.Əliyeva üçün diskvalifikasiya müddəti isə 2026-cı il fevralın 16-da bitəcək.

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz