Cari ilin 1 noyabr tarixinə “Kapital Bank”ın aktivləri 10 milyard manatı keçib.
“İki sahil” xəbər verir ki, bu barədə “Kapital Bank"ın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov bankın ilin yekunları və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Cari ilin 1 noyabr tarixinə bankın aktivləri 10,1 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. 2024-cü ildə ötən ilin fəaliyyət nəticələrinə görə 176 milyon manat məbləğində dividendlər ödənilib", - deyə o bildirib.
Onun sözlərinə görə, “Kapital Bank” öz aktivlərinin diversifikasiyası üzərində işləyir.
"Kredit portfeli kiçik və orta sahibkarlıq kreditlərinə və ipoteka kreditlərinə daha çox diqqət yetirir", - deyə o əlavə edib.