AZ

Media: Finlandiya sanksiyalar səbəbindən Rusiyaya uçan təyyarəni saxlayıb

Bakı, 19 dekabr, AZƏRTAC

Finlandiya sanksiyaların pozulması ilə bağlı narahatlığına görə Litvadan Rusiyaya uçan şəxsi təyyarəni saxlayıb.

AZƏRTAC xəbər verir ki, LRT portalının məlumatına görə, Litvada qeydiyyatda olan “Beechcraft” təyyarəsi Latviya üzərindən Pskova uçurmuş. Lakin yanacaq doldurmaq üçün Helsinkiyə enən təyyarə orada Finlandiyanın hakimiyyət orqanları tərəfindən saxlanılıb.

Litvadan Rusiyaya dolayı marşrut, həmçinin təyyarənin sahibləri Finlandiya hakimiyyətində şübhə doğurub. Ehtimala görə, Litva vətəndaşı olan pilotlardan biri sanksiyalardan yayınaraq təyyarə satışında iştirak edə bilər. Hazırda onun barəsində ibtidai istintaqın başladığı bildirilir.

Seçilən
6
1
azertag.az

2Mənbələr