AZ

Fidan Suriyada hərbi əməliyyat aparılmamasının şərtini açıqlayıb

Suriyanın yeni hakimiyyəti kürdlərin məskunlaşdığı ərazilər də daxil olmaqla, ölkənin bütün ərazisinə tam nəzarəti bərqərar edərsə, Türkiyə qanunsuz Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli olan Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyat keçirməyi planlaşdırmır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində deyib. 

Məlumatı “Kommersant” verib. 

Fidan əlavə edib ki, Ankaranın miqrasiya və terrorizmin yaratdığı təhdidləri aradan qaldırarkən Suriyada hərbi mövcudluğunu saxlamaq üçün heç bir əsası olmayacaq.

Onun sözlərinə görə, PKK-nın Suriyadakı fəaliyyətinin genişlənməsi Türkiyə üçün ciddi təhlükədir. Bu, Dəməşqdə yeni hakimiyyət orqanlarının yaxından diqqət mərkəzində olmalıdır: “Düşünürəm ki, indi bu, ilk növbədə onları narahat edir. Ona görə də inanıram ki, bu məsələ ilə düzgün məşğul olsalar, o zaman bizim qarışmağa əsasımız qalmayacaq”.

Dekabrın 8-də Suriyada “Həyat Təhrir əş-Şam” qruplaşması (HTŞ) hakimiyyətə gəlib. Prezident Bəşər Əsəd istefa verərək Rusiyaya gedib. 

P.ƏMİRCANOV
XQ

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr