AZ

Azərbaycan D-8-in tamhüquqlu üzvü olacaq

Bu gün Qahirədə Azərbaycanın İslam dünyasında mühüm iqtisadi əhəmiyyət kəsb edən inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) tamhüquqlu üzvü olması məsələsinə baxılacaq.

Ölkə.Az xəbər verir ki, artıq bu məsələ dekabrın 18-də Misirin paytaxtı Qahirədə keçirilən D-8 Xarici İşlər Nazirləri Şurasının toplantısında müzakirə edilib.

Bu barədə açıqlama verən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, D-8-in bütün potensialını açmaq üçün bütün üzvlər əməkdaşlığı artırmaq üçün koordinasiyalı səy göstərməlidirlər.

"Biz qabaqcıl ideyaların və həllərin inkişafının stimullaşdırılmasında texnologiyanın həyati rolunu dərk etməliyik. Biz Azərbaycanın üzvlüyünü tam dəstəkləyirik. İnanırıq ki, Şura dekabrın 19-da keçiriləcək Sammitdə təsdiqi üçün tövsiyə edəcək".

Bu gün Qahirədə keçiriləcək D-8 toplantısında Azərbaycanı baş nazir Əli Əsədov təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olmasa da, təşkilatın işində yaxından iştirka edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşünda iştirak edib.

Qeyd edək ki, D-8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında yaradılıb.

Mürtəza
Ölkə.Az

Seçilən
9
6
olke.az

8Mənbələr