250 min suriyalı vətəninə qayıdıb
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra keçən həftə 250 min insanın evlərinə qayıtdığını bildirib. Onlardan 100 min nəfəri ölkə xaricində yaşayan suriyalılardır.
Reyting.az xatırladır ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri 6 milyondan çox suriyalı ölkəni tərk edib və 5,5 milyon insan ölkə daxilində didərgindir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Suriyada 17 milyon insanın hələ də yardıma ehtiyacı var və bütün əhalinin 90 faizi yoxsulluq həddində yaşayır. “Müharibədən qaçan minlərlə suriyalı qaçqın indi evlərinə qayıdır, digərləri isə yerli şəraitin təhlükəsiz qayıtmağa imkan verib-verməyəcəyini qiymətləndirir. Keçən həftə təxminən 250 min insan evlərinə qayıdıb, onlardan 100 mini ölkə xaricində yaşayan suriyalılardır”, - IOM bildirib.
V. QULİYEV