Çin 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər onun arsenalı min ədədi keçəcək.
“Far.Az” xəbər verir ki, bu barədə Pentaqonun illik hesabatında deyilir.
"Müdafiə Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilin ortalarına Çinin 600-dən çox aktiv nüvə başlığı olub. Pentaqon 2030-cu ilə qədər Çinin 1000-dən çox aktiv nüvə başlığına malik olacağını və ən azı 2035-ci ilə qədər öz qüvvələrini artırmağa davam edəcəyini proqnozlaşdırır", - hesabatda qeyd olunub.
Həmçinin bildirilib ki, Çin yeni qitələrarası ballistik raketlər hazırlayır.