AZ

Rusiyada qadın metronun qapısına çırpılaraq ÖLDÜ

Rusiyanın Sankt-Peterburq şəhərində 39 yaşlı qadın metronun qapısına çırrpılaraq ölüb.

Medianews.az “Readovka67”yə istinadən xəbər verir ki, həkimlər qadında qapalı kəllə-beyin zədəsi və başın arxasında hematoma müşahidə aşkar ediblər.

Sankt-Peterburq Metropoliteninin mətbuat xidməti sərnişinin binaya daxil olarkən özünü pis hiss etdiyini bildirib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan xanım reanimasiyaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər. Bildirilir ki, onun qan damarı partlamışdı.

Seçilən
7
medianews.az

1Mənbələr