AZ

İsrail və Türkiyə arasında müharibə başlayır? - Vəziyyət gərginləşir

İsrail mediası nəzəri olaraq ilk dəfə 2009-cu ildə irəli sürülən və 2040-cı ilə qədər baş verməsi gözlənilən Türkiyə-İsrail münaqişəsinin hazırda baş verən fövqəladə inkişaflar fonunda 2030-cu ildə, hətta daha tez başlaya biləcəyini yazıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu dünən Suriyanın ən yüksək nöqtəsi olan Hermon dağına gedib və İsrail ordusunun işğalının "İsrailin təhlükəsizliyini təmin edəcək həll yolu tapılana qədər" davam edəcəyini bildirib. İsrailin hazırkı baş nazirinin Suriya ərazisinə ilk dəfə girməsi bu gün xarici mətbuatın gündəminin ən önəmli mövzularından birinə çevrilib. Ekspertlər bu təhlükəli addımın regionda sabitliyi daha da pozacağını bildirir.

Bütün dünyanın gözü bölgəyə yönəldiyi bir vaxtda İsrail Radar xəbər saytı sosial media hesabında "Yaxın Şərq proqnozları: 2030-cu ilə qədər İsrail-Türkiyə qarşıdurması?" başlıqlı məqalə paylaşıb:

"İsrail ilə Türkiyə arasındakı uçurum sürətlənir. Bu İsrail-Türkiyə münaqişəsinə doğru daha bir addımdırmı?" .

2020-ci ildə İsrail Radar xəbər saytı İsrail ordusunun Türkiyəni ilk dəfə İsrail üçün "təhdid" olaraq təyin etdiyini və Mossad rəhbəri Yossi Kohenin Türkiyənin İsrailin üzləşdiyi "əsl təhlükə" olduğunu vurğuladığını bildirib.

Türkiyənin xüsusilə son 20 ildə Yaxın Şərqdə ardıcıl həyata keçirdiyi əməliyyatlar İran, Rusiya, ABŞ və İsrailə yönəlmiş terror dəhlizlərini dağıtmaqla, Fələstin davasına müqavimət göstərən qruplara dəstək verməklə planları alt-üst edib. İsrail Radar xəbər saytı bütün bu inkişaflara istinad edərək, nəzəri olaraq 2040-cı ilə qədər baş verməsi gözlənilən Türkiyə-İsrail qarşıdurmasının hazırda baş verən fövqəladə inkişaflar fonunda 2030-cu ildə hətta daha tez başlaya biləcəyini yazıb.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
3
2
milli.az

3Mənbələr