Rusiya hava hücumundan müdafiə sistemləri və digər müasir silahları Suriyadakı bazalardan çıxararaq Liviyaya aparır.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ və Liviya rəsmilərinə istinadən yazır.
Beləliklə, Moskva Bəşər Əsəd rejiminin devrilməsindən sonra Yaxın Şərqdə hərbi mövcudluğunu saxlamağa çalışır.
Qəzetin mənbələrinə görə, Rusiya yük təyyarələri Suriyadan hava hücumundan müdafiə sistemi elementlərini, o cümlədən S-400 və S-300 radarlarını Liviyanın şərqindəki Moskvanın müttəfiqi Liviya Milli Ordusunun nəzarətində olan hərbi bazalara daşıyıb.