AZ

Bu ölkə müstəqilliyin tanınması müqabilində ABŞ hərbi bazasını ərazisində yerləşdirməyə razıdır

Tanınmamış Somalilend respublikası suverenliyin tanınması müqabilində Berbera limanında ABŞ hərbi bazasını yerləşdirməyə hazırdır.

Herbiand.az TASS agentliyinə istinadən bildirir ki, bunu Somalilendin ABŞ-dakı nümayəndəsi Bəşir Qot məlumat verib.

“Əgər iki ölkəmizin ümumi maraqlarına xidmət edərsə, Somalilend Berberada ABŞ hərbi bazasına ev sahibliyi etməyə hazır olacaq” - Bəşir Qot deyib.

O həmçinin bildirib ki, Somalilend prezident Donald Trampın yeni administrasiyası dövründə ABŞ tərəfindən suverenliyin tanınmasını gözləyir: "Biz özümüzü müstəqil və suveren dövlət hesab edirik. Ona görə də dost ölkələrlə qurduğumuz istənilən tərəfdaşlığa yalnız ölkəmizin maraqları əsasında baxırıq”.

Semafor nəşri bir müddət əvvəl bildirmişdi ki, Trampın yanvar ayında Ağ Evə qayıtması Somalilendin ABŞ tərəfindən yeni müstəqil dövlət kimi tanınmasını daha da yaxınlaşdıra bilər. Nəşrin fikrincə, bu addım ABŞ-a qeyri-sabit regionda silahların hərəkətini izləmək, eləcə də qonşu Cibutidə artıq daimi hərbi bazası olan Çinin fəaliyyətinə nəzarət etmək və Yəməndə husilərin monitorinqini aparmağa imkan verə bilər.

Somalinin şimal-qərbində Qırmızı dənizdə yerləşən Somalilend 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib və hələ də dünyada tanınmayıb. Somalilendin indi öz valyutası, ordusu var və pasport verir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr