AZ

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2024-cü ilin yekunlarına dair hesabat toplantısı keçirildi —FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2024-cü ilin yekunlarına dair hesabat toplantısı baş tutub. Toplantının əvvəlində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra il ərzində ərsəyə gələn layihələri və könüllülük fəaliyyətini əhatə edən videoçarx təqdim olunub.

Demokrat.az xəbər verir ki, toplantıda açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Murad Hüseynov təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. Onlara gələcək işlərində uğurlar arzulayıb. Murad Hüseynova “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Naziri Adil Kərimliyə məxsus mükafat təqdim olunub.



Daha sonra İctimai Birliyin fəaliyyəti haqqında fikirlərini söyləmək üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin icraçı direktoru Aygün Əliyeva, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev səhnəyə dəvət alıblar. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli isə hesabat nitqi söyləyərək çıxışının sonunda müxtəlif qurum rəhbərlərini “Mədəniyyət Könüllüləri” İctimai Birliyi ilə davamlı və səmərəli əməkdaşlığına, könüllülərin fəaliyyətinə göstərdikləri dəstəyə görə təltif edib.



Tədbirdə il ərzdindəki fəaliyyətlərinə görə 10 mədəniyyət könüllüsü Ülviyyə Əhmədli, Tüncay Hüseynzadə, Məryəm Əlizadə, Fərid Babayev, Nərmin İbrahimli, Pərviz Mirzəzadə, Fatimə Həsənzadə, Ziyat Yadigar, Ləman Xəlilova və Tale Həsənzadə “İlin Mədəniyyət Könüllüləri” mükafatı ilə təltif olunublar. Toplantı Mədəniyyət Könüllülərinin fəxri üzvü İlkin Dövlətovun və Bəbir Bəbirliyin ifası ilə sona çatıb.



Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin məqsədi, mədəniyyət və incəsənət sahələrində könüllülərin fəaliyyətini təşfiq etmək, dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, istedadlı şəxslərin peşəkar inkişafına şərait yaradaraq onların innovativ təşəbbüslərini dəstəkləmək, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində maarifləndirmə işi aparmaq, mədəni və sosial layihələr həyata keçirməkdir.









































Seçilən
1
5
demokrat.az

6Mənbələr