AZ

Türkiyə millisinin üzvü “Mançester Yunayted”dən ayrılmaq istəyir

“Mançester Yunayted”də oynamaq şansı tapmaqda çətinlik çəkən Türkiyə millisinin qapıçısı Altay Bayındır üçün ayrılıq iddiaları səslənir. 

Apasport.az "Daily Mail"ə istinadla xəbər verir ki, “Mançester Yunayted” Altayın komandadan ayrılacağı təqdirdə onu əvəz edəcək futbolçu axtarışlarına başlayıb.

"Qırmızı şeytanlar" Braziliyanın "Botafoqo" komandasında çıxış edən Con Viktorun çıxışını yaxından izləyir.

28 yaşlı qolkiper "Botafoqo"da göstərdiyi performansla diqqət çəkdikdən sonra onu "Tottenhem" və bəzi Avropa komandaları da izləməyə başlayıb. 

Mənbənin sözlərinə görə, Bayındırın ayrılacağı təqdirdə "Mançester Yunayted" braziliyalı qolkiperi heyətinə qatmaq üçün hərəkətə keçəcək. 

Qeyd edək ki, Altay bu mövsüm cəmi 2 matçda "Mançester Yunayted" forması geyinib. 

 

 

“Neftçi”dən ayrılan Qriqorçukun yeni ünvanı bəlli olub

Ançelottidən növbəti rekord

"Atletiko" yetirməsini transfer etməyi planlaşdırır

İtaliya nəhəngi Xavinin xidmətində maraqlıdır

“Nürnberq”in forvardı “Çelsi” yolunda

Seçilən
5
1
apasport.az

2Mənbələr