AZ

Bundan sonra Suriyada nələr olacaq? - Colanidən təqdir olunası cavablar

Suriyada Bəşər Əsəd administrasiyasını devirərək Dəməşq və digər şəhərlərə nəzarəti ələ keçirən “Həyat Təhrir əl-Şam”ın (HTŞ) lideri Əhməd əl-Şara BBC-nin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Məhəmməd Kolani kimi tanınan Əhməd əl-Şara Suriyanın müharibədən bezdiyini və ölkəsinin qonşuları və ya Qərb üçün təhlükə olmadığını bəyan edib.
Lider BBC-yə müsahibəsi üçün Əsəd ailəsi tərəfindən Dəməşqdə tikilən prezident sarayını seçib. O, Suriyanın nə qonşularına, nə də Qərbə bir təhlükə yaratmadığını bildirib.

Suriyaya qarşı sanksiyaların qaldırılmasını da tələb edən Əl-Şara, "İndi bütün baş verənlərdən sonra, əvvəlki rejimi hədəfə aldıqları üçün sanksiyalar ləğv edilməlidir. Məzlumlara və zalımlara eyni rəftar edilməməlidir"-deyə, bildirib.

HTŞ-nin "terror təşkilatı" siyahılarından çıxarılması lazım olduğunu müdafiə edən əl-Şara onların mülki və mülki əraziləri hədəf almadıqlarını iddia edib.

BBC-nin baş redaktoru Ceremi Boenin “Suriya Əfqanıstana çevriləcəkmi?” sualına cavab olaraq bildirib ki, iki ölkə çox fərqlidir və fərqli ənənələrə malikdir.

Əfqanıstanı “tayfa cəmiyyəti” olaraq xarakterizə edən əl-Şara Suriyada çox fərqli bir perspektivin hökm sürdüyünü qeyd edib.

O əlavə edib ki, Suriyada qurulacaq hökumət və idarəçilik üslubu ölkənin tarixi və mədəniyyətinə uyğun formalaşacaq.

Qadınların təhsildə iştirakının tərəfdarı olduqlarını ifadə edən lider, "8 ildən çoxdur İdlibdə universitetlərimiz var. Universitetlərdə qız tələbə nisbəti yüzdə 60-ın üzərindədir" dedi.

Əl-Şara ölkədə spirtli içkilərin istehlakına icazə verilib-verilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Bir çox şeylər var ki, bunları danışmağa icazəm yoxdur, çünki bunlar hüquqi məsələlərdir. Konstitusiyanı hüquqşünaslar komitəsi hazırlayacaq. Onlar qərar verəcəklər. Hər bir hökmdar və ya dövlət başçısı bu qanunlara əməl etməli olacaq”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
turkustan.az

1Mənbələr