Xırdalan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb...
“Report”un yerli bürosunun məlumatına görə, Xırdalanda yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Yaqub Müseyib oğlu Əliməmmədovu avtomobil vurub.
Yaralı Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info