AZ

"Ölkəmizə sülhməramlıların gətirilməsi məsələsini də dəstəkləyirəm” - Zelenski

Mümkün sülh danışıqları zamanı Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikasının sayının azaldılması şərti ilə razılaşmayacağıq.

Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski bildirib.

    O əlavə edib ki, əsas məqsəd ordunun Avropanın güclü və nəhəng ordusuna çevirməkdən ibarətdir.

    Zelenski ölkəsinə sülhməramlı missiyanın cəlb olunması ideyasından da danışıb:

    "Orduda məhdudlaşma həyata keçirməyə ixtiyarımız yoxdur. Ölkəmizin təhlükəsizliyinin təminatına aparan ən uğurlu yol NATO-ya üzvlük məsələsinin həll olunması, habelə Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsindən keçir. Mən eyni zamanda ölkəmizə sülhməramlıların gətirilməsi məsələsini də dəstəkləyirəm” – deyə, V. Zelenski qeyd edib.

    Seçilən
    3
    2
    bakivaxti.az

    4Mənbələr