AZ

Azərbaycan nefti neçəyə satılır?

Dünya birjalarında neft ucuzlaşıb.

 

Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,4 dollar azalaraq 72,99 dollar olub. 

 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti də  0,39 dollar azalaraq 70,19 dollar təşkil edib.

 

Azərbaycan nefti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,42 dollar və ya 1,9 faiz artaraq 76,42 dollar olub.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
0
22
senzor.az

10Mənbələr