AZ

"Kapitalbank" cari ilin sonuna gözlənilən xalis mənfəətini açıqlayıb - MƏBLƏĞ

"Kapital Bank"ın cari ilin sonuna pronozlaşdırdığı xalis mənfəti 240-250 milyon manat civarında olacaq. 

FED.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov bankın 11 ayının nəticələrinə dair mətbuat konfransında bildirib.

E.Məmmədov qeyd edib ki, cari ilin 10 ayı ərzində bankın xalis mənfəəti 206 milyon manatdır, həmçinin  kredit portfeli bu ilin ilk 10 ayında 5,4 mlrd. manat civarında olub. Bu ilin sonuna bu göstərici 5,6 mlrd. manat civarında gözlənilir. Cəmi öhdəliklərimiz də 7,2 mlrd. manat həcmində olması proqnozlaşdırılır.

Seçilən
0
1
fed.az

3Mənbələr