AZ

İranda iqtidar dəyişikliyinin anonsu verildi - “Qaçılmazdır”

ABŞ son 20 ildə İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışsa da, bu cəhdlər uğurla başa çatmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“İran cəmiyyətinin əksəriyyəti ölkəsi üçün daha yaxşı gələcək gözləyir. O gələcəyin hamı üçün daha parlaq olacağına şübhə yoxdur, sual yaranır, bu məqsədə çatmaq üçün nə edə bilərik, əgər varsa?

Düşünürəm ki, son 20 ilə nəzər salsaq, rejimi dəyişmək cəhdlərimizin uğurlu olmadığını görərik”, - dövlət katibi vurğulayıb.

Blinkenin sözlərinə görə, ABŞ-ın maraq və dəyərlərinə təhlükə yaradan hərəkətlərin qarşısını alaraq, siyasətin dəyişdirilməsinə diqqət yetirmək lazımdır:

“Rejimi dəyişmək cəhdlərimiz o qədər də uğurlu alınmadı. Bununla belə, biz İran daxilində öz ölkələri üçün fərqli gələcək istəyən insanları dəstəkləyərək işimizi davam etdiririk”.

Dövlət katibi qeyd edib ki, Tehrandan gələn təhdidlər ABŞ üçün realdır və İranda demokratiya və insan haqları tərəfdarlarına dəstək üçün səylər davam etdirilməlidir: “Daha çox insan mövcud sistemin onların arzuladıqları gələcəyi təmin etmədiyini anlayanda dəyişiklik qaçılmaz olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
7
1
teleqraf.com

2Mənbələr