AZ

Qeyri-neft məhsullarının ixracında əsas mallar bəlli olub

Bu ilin 11 ayında qeyri-neft ixracında meyvə-tərəvəz ixracı 20,32 faiz olub.

Teleqraf.com gömrük statistikasına istinadən xəbər verir ki, plastmass və ondan hazırlanan məmulatların qeyri-neft ixracında payı 11,67 faiz olub. Bu, məmulatlar qeyri-neft ixracının strukturunda ikinci sırada qərarlaşıb.

Pambıq lifinin ixracı 5,50 faizlik paya malik olub. 2024-cü ilin 10 ayının gömrük statistikasının müqayisəsi göstərir ki, pambıq lifinin ixracında azalma baş verib.

Qeyri-neft ixracında əsas yerləri tutan elektrik enerjisi, çay, aliminium və ondan hazırlanan məhsuların ixracda payı azalıb.


Müəllif: Teleqraf.com
Seçilən
14
teleqraf.com

1Mənbələr