AZ

Uşaqlar arasında yayılan yeni virus nədir? - İnfeksionist açıqladı

Son günlər uşaqlar arasında təhlükəli virus yayılıb.

Əsasən 5-15 yaş aralığında uşaqların yoluxduğu virus qrip kimi xəstəliklərlə oxşar simptomlar daşıdığı üçün valideynlər arasında çaşqınlıq yaradıb.

Hətta müşahidə olunan əlamətlər qızılcaya belə oxşayır.

Bəs bu, nə virusudur? Bundan necə qorunmaq olar?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan əlamətlər əsasən hazırda kəskin respirator virus infeksiyaları, az da olsa qrip infeksiyaları ilə əlaqədar ola bilər.

Onun sözlərinə görə, xəstəlik əlamətlərinin səciyyəsinə görə bu infeksiyaları biri-birindən ayırmaq mümkün deyil:

“Yəni oxşar simptomlarla müraciət edən şəxslərdə qeyd olunan fərqli infeksiyalar təsdiqlənə bilir. Konkret xəstəlik halında bunun hansı infeksiya olduğunu yalnız spesifik müayinələr aşkar edə bilər”.

Mütəxəssis qeyd edib ki, bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətə sağalır:

“Buna görə də, bu tip kəskin respirator virusların rutin etioloji diaqnostikası tələb olunmur. Qeyd etdiyimiz kimi, yalnız qrip infeksiyaları istisnadır. Bu hallarda qorunmaq üçün, xüsusən də risk qruplarına aid olan insanların peyvənd olunması məqsədəuyğundur. Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Əgər bədən hərarəti 3 gündən çox davam edirsə, həkimə müraciət tövsiyə olunur”.

 

Seçilən
8
2
milliyol.az

3Mənbələr