Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə səfərdədir.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, Prezident "TUR" xüsusi təyyarəsi ilə Misirin paytaxtı Qahirəyə gəlib.
Onu Qahirə Beynəlxalq Hava Limanında xarici işlər naziri Hakan Fidan, Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şən və Misir rəsmiləri qarşılayıblar.