Dekabrın 17-si Şəkidə sərxoş halda yıxılaraq xəsarət alan şəxs vəfat edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Cahangir oğlu İsmayılov küçədə yıxılaraq, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Komatoz vəziyyətdə xəstəxanaya çatdırılan V.İsmayılov dekabrın 18-i saat 13 radələrində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"