AZ

Bakıda mühüm hərbi plan imzalandı

Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb. Qarşılıqlı səfərlərin, bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşün sonunda Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

***

Bakıda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilir.

İclasda dövlətlər arasındakı hərbi əməkdaşlıq müzakirə olunur.

Görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlər keçirilib. (Report)

***

Noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ölkəmizə səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

İkitərəfli və üçtərəfli formatda keçiriləcək görüşlərdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.

***

Bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Üçtərəfli görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlərin keçirilməsi planlaşdırılır.

Seçilən
718
47
infoaz.ws

10Mənbələr