1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Əfqanıstanda, Kabil-Qəndəhar yolunda baş verən ardıcıl iki yol-nəqliyyat hadisəsi nəticəsində 52 nəfər həyatını itirib, 65 nəfər müxtəlif dərəcəli xəsarəti alıb.
Oxu.Az Əfqanıstan KİV-ə istinadən xəbər verir ki, "Taliban" hökumətinin sözçüsü Həmdullah Fitrət də faktı təsdiq edib.
Qeyd olunur k, hər iki sərnişin avtobusu yanacaq daşıyan tankerlərlə toqquşub.
Qəzalarda ölənlərin sayının artacağı istisna edilmir.