AZ

Putin: Ukrayna döyüşçülərinin Kursdan çıxarılacağı tarixi deyə bilmərəm

Ukrayna döyüşçülərinin Kursdan çıxarılacağı tarixi deyə bilmərəm.

APA xəbər verir ki, bunu ənənəvi illik mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.

“Mən Kurskdan Ukrayna döyüşçülərinin çıxarılacağı tarixi deyə bilmərəm. Uşaqlarımız döyüşür. Biz onları mütləq şəkildə öz ərazimizdən çıxaracağıq. O ki qaldı dəqiq tarixə, bu barədə heç nə deyə bilmərəm. Belə olmur. Oradakı uşaqlar məni eşidir. Onların çıxarılmasının bir və ya iki gündən sonra baş verəcəyi heç bir əhəmiyyət daşımır. Təkcə onu deyə bilərəm ki, biz bütün infrastrukturu: ictimai iaşə obyektlərini, məktəbləri, bağçaları bərpa edəcəyik. Oradan digər regionlara köçmək istəyənləri də köçürəcəyik. Bu sahədə artıq işlər aparılır. İnsanlar ciddi itkilər verir, xüsusilə də uşaqlarla bağlı ciddi qayğılarla üzləşirlər. Lakin əhalinin xüsusilə də mənzil-məişət tələbləri yerinə yetiriləcək”.

Seçilən
6
5
apa.az

6Mənbələr