"Kəpəz"in zədəsini sağaldan futbolçusu İlkin Qırtımov məşqlərə başlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bərpaedici xarakter daşıyan çalışmalar həkimlərin tövsiyələri əsasında məşqçilərin nəzarəti altında aparılır.
34 yaşlı müdafiəçi zal şəraitində yüngül hərəkətlərlə fitnes məşqləri keçir, meydanda müxtəlif məsafələrə qaçışla fiziki hazırlığını artırır.
Qeyd edək ki, İlkin Qırtımov noyabrın 20-də əməliyyat olunuib.